Bitkiləri quraqlıqdan qoruyan maddə tapılıbbackend

Bitkiləri quraqlıqdan qoruyan maddə tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alimlər bitkilərdə stomalara (məsamələrə) effektiv şəkildə nəzarət edən maddə əldə ediblər. Bu strukturlar bitki orqanizmində suyun tənzimlənməsindən məsuldur.

NOCOMMENT.az xəbər verir ki,  “Nature Communications” jurnalında dərc olunan kəşf quraqlıq zamanı məhsul çatışmazlığı ilə mübarizə aparmağa kömək edəcək.

Stomalar bitki yarpaqlarının səthində yerləşən mikroskopik məsamələrdir. Onlar fotosintez (işıq enerjisindən istifadə edərək şəkər və oksigen istehsal etmək) və yarpaqlardan suyun buxarlanması, qida maddələrinin daşınması və temperaturun tənzimlənməsi üçün lazımdır.

Alimlər yeni araşdırmada stomidazolon maddəsinin bitkilərdə stomaların əmələ gəlməsini əngəllədiyini sübut ediblər. Bununla belə, maddə bitkilərin böyüməsinə təsir göstərmir. Gələcəkdə bitkiləri quraqlıqdan qorumaq üçün bir vasitə ola bilər.

“Stoma sıxlığını azaltmaq üçün bu maddənin istifadəsi bitkilərin daha az su itirməsinə səbəb olur, quru mühitlərdə böyüməyə mane olmadan nəm saxlamağa kömək edir”, – deyə müəlliflər bildirib.