Zaxarova: “Cənubi Koreya hakimiyyəti Kiyev rejimi ilə oynamamalıdır”backend

Zaxarova: “Cənubi Koreya hakimiyyəti Kiyev rejimi ilə oynamamalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyi Şimali Koreya bölmələrinin cəbhəyə göndərilməsinə cavab olaraq Cənubi Koreya hərbçilərinin Ukraynaya göndərilməsi ideyasına münasibət bildirib və bunu ehtiyatsız addım adlandırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

“Rəsmi Seulun reaksiyası yalnız çaşqınlığa səbəb olur. Biz hesab edirik ki, Cənubi Koreya hakimiyyəti Kiyev rejimi ilə oynamamalıdır”, – Zaxarova brifinqdə bildirib.

Vladimir Zelenski ilk olaraq Şimali Koreyanın Ukraynaya xüsusi hərbi əməliyyatda iştirak etmək üçün öz qoşunlarını göndərmək niyyətindən danışmağa başlayıb. Daha sonra Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov bu barədə NATO və ABŞ-ın şərhləri ilə çıxış edib.

KXDR bəyan edib ki, ölkə qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı məlumat yalandır.