Ankarada törədilən terror aktına Türkiyə təhlükəsizlik qüvvələri dərhal reaksiya verib və terrorçular məhv edilib.
NOCOMMENT.az xəbər verir ki, Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Twitter hesabında yazıb.
O əlavə edib ki, Türkiyə terrorla qətiyyətlə mübarizəyə davam edəcək.
Türkiyə lideri Rusiya prezidenti Vladimir Putinə də terror aktı ilə bağlı başsağlığına görə minnətdarlığını bildirib.