Daşkəsəndə mənzildə partlayış oldu, ağır xəsarət alan varbackend

Daşkəsəndə mənzildə partlayış oldu, ağır xəsarət alan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daşkəsən rayonunda yaşayış binasında mənzillərdən birində partlayış olub.

NOCOMMENT.az xəbər verir ki, binanın 3-cü mərtəbəsindəki mənzildə qaz sızmasından yaranan partlayış nəticəsində rayon sakini, 1972-ci il təvəllüdlü Sadıqov Nadir Telman oğlu ağır yanıq xəsarətləri alıb.

Zərərçəkən Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağır olduğundan Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə aparılacağı planlaşdırılıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Daşkəsən rayon Yanğından Mühafizə Hissəsinin və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.\\KONKRET.az