Bu gün Çin hərbi birləşmələri Cənubi Çin dənizinin bəzi bölgələrində təlimlərə başlayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Dəniz İşləri Administrasiyası məlumat verib. Qısa bildirişdə Cənubi Çin dənizinin müəyyən ərazilərində müvəqqəti naviqasiya qadağasının tətbiq ediləcəyi bildirilir. Təlimlər seriyasının koordinatları da bəllidir. Onlara hansı qüvvə və vasitələrin cəlb olunacağı açıqlanmır. Təlimlər oktytabrın 25-də başa çatacaq.