Astarada Himalay kərkəzi aşkarlanıb – FOTObackend

Astarada Himalay kərkəzi aşkarlanıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Astarada Himalay kərkəzi aşkarlanıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Himalay kərkəzinə Astara rayonunun Şiyəkəran kəndində, həyətyanı sahədəki ağacda rast gəlinib.

Kənd sakini olan bioloq Yunus Qulamovun sözlərinə görə, Himalay kərkəzinə Astarada ilk dəfədir ki, rast gəlinir: “Bu quş yırtıcılar dəstəsinə, qarğalar cinsinə aiddir. Onlar özünümüdafiə üçün insana hücum edə bilir”.

Qeyd edək ki, bala Himalay kərkəzinin qanadları 2 metrə yaxındır. Quş aidiyyəti üzrə təhvil verilib.