“Qarabağ” bu gün UEFA Avropa Liqasının Liqa mərhələsində növbəti oyuna çıxıb.
NOCOMMENT.az Apasport.az-a istinadən xəbər verir ki,“atlılar” III turda “Ayaks”ı qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda görüşə saat 20:45-də start verilib.
Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
“Qarabağ” bundan əvvəl “Tottenhem”ə 0:3, “Malmö”yə isə 1:2 hesabıyla uduzub. “Ayaks” isə “Slaviya” ilə heç-heçə edib (1:1), “Beşiktaş”a isə qalib gəlib (4:0).
UEFA Avropa Liqası
Liqa mərhələsi, III tur
24 oktyabr
20:45 “Qarabağ” – “Ayaks” (Niderland) 0:3
Qol: K. Teyler 36, pen. V.Veqhorst 74, C.Akpom 77
Qırmızı vərəqə: Julio Romao, Elvin Cəfərquliyev
“Qarabağ”: 99. Mateuş Koxalski, 30. Abbas Hüseynov, 55. Bıdavi Hüseynov, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 7. Yassin Benzia, 8. Marko Yankoveç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Juninyo
Baş məşqçi: Qurban Qurbanov
“Ayaks”: 22. Remko Pasveer, 4. Jorrel Hato, 37. Josip Sutalo, 24. Daniele Ruqani, 2. Devine Renş, 8. Kennet Teylor, 8. Cordan henderson (k), 28. Kian Fits-Cim, 11. Mika Qodts, 29. Kristian Rasmussen, 25. Vaut Veqorst
Baş məşqçi: Françesko Farioli
Baş hakim: Nikolas Uolş (Şotlandiya)
Tofiq Bəhramov adına Respublika stadionu