Yanvar-sentyabr aylarında Çinə birbaşa xarici investisiyalar 30,4 faiz azalıbbackend

Yanvar-sentyabr aylarında Çinə birbaşa xarici investisiyalar 30,4 faiz azalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvar-sentyabr aylarında Çinin materik hissəsinin iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 30,4 faiz azalaraq 640,6 milyard yuana (89,92 milyard dollar) enib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Çinin Ticarət Nazirliyinin məlumatında deyilir.

Eyni zamanda, doqquz ay ərzində ölkədə xarici kapitalın iştirakı ilə 42 min 108 yeni müəssisə qeydiyyata alınıb ki, bu da 2023-cü ilin müvafiq dövrünün göstəricisindən 11,4 faiz çoxdur.

Qeyd edək ki, ötən il Çinə birbaşa investisiyaların həcmi 8 faiz azalaraq 1,13 trilyon yuan təşkil etmişdi.