Tanınmış həkim psixiatr Zaur Qasımov “Asosiallıq nədir” sualına aydınlıq gətirib.
Bununla bağlı NOCOMMENT.az-a müsahibə verən Müdafiə Nazirliyinin Baş Klinik Hospitalın həkim psixiatrı Zaur Qasımov “Asosiallıq” barədə danışıb.
“Bəzi insanlar olur ki, öz fikirlərini çatdırmaqda çətinlik çəkirlər müəyyən sözləri deməkdən çəkinirlər, bildiklərini ifadə etməkdə çətinlik çəkirlər. Onlar düşünürlər ki, fikirlərini çatdırdıqda, həmin ifadələri işlətdikdə digər insanlar necə reaksiya verəcəklər, ətrafdakılərın gülünc mənbəyinə çevrilməkdən qorxurlar. Buna görə də sosial mühitlərdən çəkinirlər və tək qalmağa üstünlük verirlər. Belə insanlar dostluq etməkdən də çəkinirlər həmçinin dərs zamanı da öz fikirlərini ifadə etməkdən qorxurlar. Özünüzdə və yaxınlarınızda belə narahatçılıqlar varsa psixiatra müraciət etmənizdə fayda vardır”, – deyə həkim psixiatr qeyd edib.