Bir sıra rayonlara leysan yağıb – FAKTİKİ HAVAbackend

Bir sıra rayonlara leysan yağıb – FAKTİKİ HAVA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 25-i saat 18:00-a olan faktiki hava açıqlanıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 25-i saat 18:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, əksər bölgələrdə əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, Quba-Qusar bölgəsinin bəzi yerlərində, Şabran və Siyəzəndə qısamüddətli leysan xarakterli yağış yağıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 19, Naxçıvan MR-da 16, Aran rayonlarında 20, dağlıq rayonlarda 13 dərəcəyədək isti olub.