İsgəndər Xəlilovun tikinti şirkəti 12.4 milyon manat borca düşdübackend

İsgəndər Xəlilovun tikinti şirkəti 12.4 milyon manat borca düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Svit Haus” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) külli miqdarda vergi borcu yığılıb.

NOCOMMENT.az iqtisadiyyat.az-a istinadla xəbər verir ki, şirkətin hazırda vergi borcu 12 374 585.71 manat təşkil edir.

Şirkətin bu qədər vergi borcunun yaranması təəccüb doğurur. MMC-nin uzun müddətdir vergi borcunu ödəməməsinin səbəbi isə məlum deyil.

Qeyd edək ki, Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən, vergi borcunun gecikdirilməsinə görə sanksiyalar nəzərdə tutulub.

Xatırladaq ki, “Svit Haus” MMC-nin adı mətbuatda qalmaqallarla yadda qalıb. Şirkət çoxmərtəbəli yaşayış binalarının tikintisi ilə məşğul olur. “Svit Haus” MMC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 17 790 manat olan şirkətin qanuni təmsilçisi İmdad Dursunovdur.

Mətbuatda yayılan məlumatlara görə, şirkət “Bakı Toxucu Tikiş” ASC-nin sədri Cavanşir Xəlilova aiddir. Lakin “Svit Haus”un C.Xəlilovun qardaşı, Rusiyada yaşayan məşhur milyarder İsgəndər Xəlilova məxsus olduğu bildirilir.