Ukrayna Silahlı Qüvvələri bir gündə Kursk istiqamətində 300-dən çox insan itirib, daha dörd nəfər təslim olub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Gün ərzində Ukrayna Silahlı Qüvvələrinin itkiləri 300-dən çox hərbi qulluqçu olub, on zirehli texnika, o cümlədən bir tank, bir zirehli transportyor və səkkiz zirehli döyüş maşını, həmçinin üç artilleriya qurğusu, beş minaatan, üç maşın və bir elektron döyüş stansiyası vurulub, həmçinin Ukrayna Silahlı Qüvvələrinin dörd hərbçisi təslim olub”, – deyə Rusiya Müdafiə Nazirliyi bildirib.