Qrossi: İranın nüvə obyektləri İsrailin zərbəsi nəticəsində zərər görməyibbackend

Qrossi: İranın nüvə obyektləri İsrailin zərbəsi nəticəsində zərər görməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 26-na keçən gecə İsrailin endirdiyi zərbə nəticəsində İran ərazisindəki nüvə obyektlərinə ziyan dəyməyib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossi “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Onun sözlərinə görə, belə bir məlumatı ona İran nümayəndələri çatdırıb: “İranın nüvə obyektləri zərbələrdən təsirlənməyib. AEBA müfəttişləri təhlükəsiz ərazidədirlər və vacib işlərini davam etdirirlər. Mən ehtiyatlı olmaqla yanaşı, nüvə materiallarına təhlükə yaradan hərəkətlərdən çəkinməyə çağırıram”.