Peter Siyarto: Gürcüstanın hakim partiyası kənar müdaxilələrə baxmayaraq seçkilərdə qalib gəlibbackend

Peter Siyarto: Gürcüstanın hakim partiyası kənar müdaxilələrə baxmayaraq seçkilərdə qalib gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Gürcüstanın hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası kənardan müdaxilə cəhdlərinə baxmayaraq, parlament seçkilərində qalib gəlib”.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.

Peter Siyarto Gürcüstanın hakim partiyasını bu uğur münasibətilə təbrik edərək əmin edib ki, Budapeşt Tbilisiyə Avropa İttifaqına daxil olmaq prosesində köməklik göstərəcək.

“Müdaxilə cəhdlərinə baxmayaraq, Gürcüstan xalqı nə istədiklərini açıq şəkildə bildirib. Ailə tərəfdarı olan vətənpərvər partiya seçkilərdə böyük fərqlə qalib gəlib. Bravo, təbrik edirəm! Sədrliyimizin qalan müddətində və əlbəttə ki, ondan sonrakı müddətdə biz Gürcüstandakı dostlarımıza onların Avropaya inteqrasiya səylərində uğur qazanmaları üçün lazım olan bütün dəstəyi verəcəyik”.

Macarıstanın Baş naziri Viktor Orban daha əvvəl gürcü həmkarı İrakli Kobaxidzeni və hakim partiyanı seçkilərdə qazandıqları qələbə münasibətilə təbrik edərək, bunu heyrətamiz adlandırıb.