İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu jurnalistlərin zənglərinə cavab verməyəcəyini bildirib.
NOCOMMENT.az Manset.az-a istinadən xəbər verir ki, mətbuat katibi bu haqda qurumun media nümayəndələri üçün yaratdığı vatsap qrupunda qeyd edib:
“Əziz həmkarlar, bir daha xatırladım ki, suallarınızı sizə təqdim etdiyimiz nömrəyə yönləndirməyə məqsədəuyğundur. Mənə zəng edirsiz, obyektiv səbəbdən cavab verə bilmirəm”.
Ceyhun Musaoğlu jurnalistlərə bunun əvəzində 055-253-25-55 mobil nömrəsi ilə əlaqə saxlamağı bildirib.
Mətbuat katibinin bu addımı jurnalistlərin qınağına və gülüşünə səbəb olub. Mediaya cavabdeh rəsmi şəxsin, mətbuat katibinin bu addımı birmənalı qarşılanmayıb.