Dünyadakı hazırkı çağırışları – müharibələri, terrorizmi, iqtisadi böhranı nəzərə alsaq, turistlər yeni səyahətə çıxarkən daha çox təhlükəsizlik haqqında düşünürlər. 2024-cü ildə İslandiya turistlər üçün dünyanın ən təhlükəsiz ölkəsi kimi tanınıb və o, ötən illə müqayisədə reytinqdə dərhal səkkiz pillə yüksəlib.
NOCOMMENT.az Valyuta.az-a istinadən xəbər verir ki,”Time Out” bu barədə “Berkshire Hathaway Travel Protection” şirkətinin son araşdırmasına istinadən yazıb.
Reytinqin liderini müəyyən etmək üçün ekspertlər ABŞ-dan olan səyahətçilərlə son beş ildə getdikləri yerlər barədə müsahibələr aparıb, həmçinin son Qlobal Sülh İndeksini və GeoSure sığorta şirkətinin məlumatlarını təhlil ediblər.
İkinci yerdə keçən il 10-cu olan Avstraliya, üçüncü yerdə isə əvvəlki il birinci olan Kanada qərarlaşıb.
2024-cü ildə turistlər üçün dünyanın ən təhlükəsiz 15 ölkəsi:
1. İslandiya
2. Avstraliya
3. Kanada
4. İrlandiya
5. İsveçrə
6. Yeni Zelandiya
7. Almaniya
8. Norveç
9. Yaponiya
10. Danimarka
11. Portuqaliya
12. İspaniya
13. Böyük Britaniya
14. Niderland
15. İsveç