Salt Typhoon qrupundan olan çinli hakerlərin ABŞ siyasətçilərinin zənglərini dinlədiyi iddia edilir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Washington Post mənbələrə istinadən məlumat yayıb.
Vəziyyətlə tanış olan üç nəfərin sözlərinə görə, “Dövlətlə əlaqəsi olan çinli hakerlər Amerika siyasətçilərinin telefon danışıqlarını qeydə alıblar”.
Onların şifrələnməmiş mətn mesajlarına da daxil ola bildikləri iddia edilir.
Nəşr FTB-nin bu məsələ ilə bağlı şərh verməkdən imtina etdiyini vurğulayır.
Bundan əvvəl Çin ABŞ seçkilərinə qarışmadığını və kiberhücumlara qarşı olduğunu bildirmişdi.