Le Monde: Rusiya neftinə qarşı sanksiyaların gücləndirilməsi qlobal iqtisadiyyatı sarsıdacaqbackend

Le Monde: Rusiya neftinə qarşı sanksiyaların gücləndirilməsi qlobal iqtisadiyyatı sarsıdacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya neftinə qarşı yeni sanksiyalar qlobal iqtisadiyyatı sarsıdacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Fransanın “Le Monde” qəzeti məlumat yayıb.

Nəşr qeyd edir ki, qlobal iqtisadiyyat əsas təchizatçılarından biri Rusiya olan “qara qızıl”dan asılıdır. Rusiya Federasiyasından enerji resurslarına qarşı məhdudiyyətlərin sərtləşdirilməsi təchizatın pozulmasına və nəticədə qiymətlərin sıçrayışına səbəb olacaq. Bu da öz növbəsində gübrələrin və kənd təsərrüfatı məhsullarının bahalaşmasına səbəb olacaq. Nəhayət, ərzaq qiymətləri qalxacaq. Analitiklərin fikrincə, bunu humanitar böhranla üzləşə biləcək ən kasıb ölkələr hiss edəcək.

“Rusiya Federasiyasına qarşı məhdudlaşdırıcı tədbirlərin effektivliyi hər gün azalır”, – deyə ekspertlər bildirib.