Qiymətlərin artması fonunda Türkiyə Rusiyaya kərə yağı tədarük etməyə başlayıbbackend

Qiymətlərin artması fonunda Türkiyə Rusiyaya kərə yağı tədarük etməyə başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Rusiyaya kərə yağı tədarük etməyə başlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS-a Rosselxoznadzorun mətbuat xidmətindən məlumat verilib.

“Türkiyədən Rusiyaya kərə yağının tədarükü 2024-cü il oktyabrın 27-dən başlayıb”, – məlumatda deyilir.

İdarədən aydınlıq gətirilib ki, oktyabrın 29-na Türkiyədən Rusiyaya 20 ton məhsul gətirilib.

Oktyabrın sonunda Rusiyada kərə yağının qiymətinin 23% artması səbəbindən evdə hazırlanan kərə yağlarına tələbat kəskin artıb. Bahalaşmanın səbəbi “Soyuzmolok”da göstərilib: söhbət xammaldan emala qədər istehsal xərclərinin artması ilə bağlıdır.