Pentaqon rəhbəri Şimali Koreya əsgərlərinin Rusiyaya gətirilməsinə münasibət bildiribbackend

Pentaqon rəhbəri Şimali Koreya əsgərlərinin Rusiyaya gətirilməsinə münasibət bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ukraynadakı müharibədə hətta Koreya Xalq Demokratik Respublikasından (KXDR) olan əsgərlərin köməyi ilə də qalib gələ bilməyəcək.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Lloyd Ostin jurnalistlərə açıqlamasında bildirib.

O həmçinin qeyd edib ki, ABŞ və müttəfiqləri Rusiyanın Şimali Koreya hərbçilərini münaqişəyə cəlb etməsinə cavab variantlarını müzakirə edirlər.

“Biz buna çox ciddi yanaşırıq. Biz Kremli kursu dəyişməyə çağırırıq. Biz həm Avropa, həm də Hind-Sakit okean regionu üçün təhlükəsizlik nəticələrini tam başa düşürük. Şimali Koreyanın həddindən artıq çox köməyi olsa belə, Rusiya Ukraynada qalib gəlməyəcək”, – deyə o vurğulayıb.

Ostin ABŞ-ın Şimali Koreya qoşunlarının Rusiyaya göndərilməsinə cavab olaraq hansı konkret addımlar atdığını açıqlamayıb. Lakin o, qeyd edib ki, onların hərbi əməliyyatlarda iştirak edib-etməyəcəklərini hələlik dəqiq deyə bilməyəcək, lakin bir daha bu faktdan narahat olduğunu deyib.