Almaniya öz ərazisindəki bütün İran baş konsulluqlarını bağlayır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Handelsblatt” qəzeti məlumat yayıb.
Söhbət Frankfurt-Mayndə, Hamburqda və Münhendəki diplomatik nümayəndəliklərdən gedir. İranın Berlindəki səfirliyi fəaliyyətini davam etdirəcək.
Almaniya hakimiyyəti bu qərarı İran və Almaniya vətəndaşlığı olan terrorizmdə ittiham olunan Cəmşid Şarmaxdın hökmünə reaksiya ilə izah edib.