Çin G7-ni Ukraynadakı münaqişəni qızışdırmaqda ittiham edibbackend

Çin G7-ni Ukraynadakı münaqişəni qızışdırmaqda ittiham edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Müdafiə Nazirliyinin sözçüsü Çjan Syaoqan bildirib ki, G7 ölkələri Ukrayna münaqişəsinin alovuna yağ tökür və eyni zamanda məsuliyyəti Çinin üzərinə atmağa çalışır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Ukrayna məsələsinə gəlincə, Çin həmişə sülhü təşviq etməkdə və danışıqları inkişaf etdirməkdə təkid edib və ikili təyinatlı malların ixracına həmişə ciddi nəzarət edib”, – departament sözçüsü bildirib.

Çjan Syaoqan əlavə edib ki, Pekin beynəlxalq münasibətlərin normalarına riayət etməyə, “müəllim” davranışından əl çəkməyə, həmçinin digər dövlətlərin daxili işlərinə qarışmaq cəhdlərini dayandırmağa çağırır.