Lukaşenko ABŞ-a Avrasiyadan nüvə silahlarını çıxarmağı təklif edibbackend

Lukaşenko ABŞ-a Avrasiyadan nüvə silahlarını çıxarmağı təklif edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın nüvə silahlarını Avrasiyadan çıxarmaq lazımdır.

NOCOMMENT.az xəbər verir ki, bu fikri Belarus prezidenti Aleksandr Lukaşenko Avrasiya təhlükəsizliyinə həsr olunmuş konfransda deyib.

“Vəziyyəti həqiqətən sakitləşdirmək və dialoqa şərait yaratmaq üçün Amerikanın nüvə silahlarını Avrasiya ölkələrinin ərazisindən çıxarmaq lazımdır”, – Lukaşenko deyib.

O, həmçinin “bütün bəşəriyyəti nüvə silahı olmadan məhv etməyə qadir” yeni texnologiyalar üzərində nəzarət rejimi yaratmaq üçün yeni hüquqi mexanizmin işlənib hazırlanmasını təklif edib. Lukaşenkonun sözlərinə görə, bu texnologiyalara lazerlər, hipersəs, kvant elektromaqnit sistemləri və digər qabaqcıl inkişaflar daxildir.