Rusiya İsrail, İran və İraq üzərindən uçuşlara məhdudiyyətləri uzadıbbackend

Rusiya İsrail, İran və İraq üzərindən uçuşlara məhdudiyyətləri uzadıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Federal Hava Nəqliyyatı Agentliyi İsrail, İran və İraqın hava məkanında uçuşların məhdudlaşdırılmasını noyabrın 24-dək uzadıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “İnterfaks” idarənin nümayəndəsinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Federal Hava Nəqliyyatı Agentliyi NOTAM (Notice To Air Missions – bildiriş uçuş ekipajlarına) müddətini uzadıb. Buna əsasən, Rusiya aviaşirkətlərinə bu dövlətlərin ərazisi üzərindən yalnız Moskva vaxtı ilə saat 9:00-dan 19:00-dək uçuşlar həyata keçirməsi tövsiyə olunur.

Oktyabrın 1-də Federal Hava Nəqliyyatı Agentliyi Rusiya aviadaşıyıcılarına İran, İraq və İsrail üzərində uçuşlar keçirməməyi tövsiyə edib. Bu qərara səbəb uçuşların təhlükəsizliyinə təhdidlər olub.