“Az-Pack” şirkəti ilə Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi arasında vergi məsələlərinə dair mübahisə yaranıb.
NOCOMMENT.az Valyuta.az-a istinadən xəbər verir ki, şirkət bu mübahisədən dolayı məhkəməyə müraciət edib.
İddiaya Bakı İnzibati Məhkəməsində baxılacaq.
Bəhlul Cəlalov iş üzrə hakim təyin edilib.
Araşdırmalarımız zamanı məlum olub ki, “Az-Pack” şirkətinə 3 194 866,72 manat vergi borcu yazılıb. Şirkət isə bu məbləğlə razılaşmadığından məhkəməyə üz tutub.
“Az-Pack” şirkəti 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1362,6 manatdır. Şirkətin qanuni təmsilçisi Mustafaoğlu Nasir Kemaldır.
“Az-Pack” MMC qablaşdırma şirkətidir.