Dövlətin verdiyi evi əxlaqsızlıq yuvasına çevirən kişiyə bu cəza verildibackend

Dövlətin verdiyi evi əxlaqsızlıq yuvasına çevirən kişiyə bu cəza verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Goranboyda özünə məxsus evi əxlaqsızlıq yuvası kimi müxtəlif şəxslərə kirayəyə verən şəxs həbs edilib.

NOCOMMENT.az xəbər verir ki, Xocalı şəhər sakini, Goranboyun Yuxarı Ağcakənd kəndində yaşayan 1992-ci il təvəllüdlü İntiqam Məmmədova Cinayət Məcəlləsinin 244.2.1-ci (Əxlaqsızlıq yuvaları saxlama) maddəsi ilə iş açılıb.

Araşdırmalar zamanı məlum olub ki, İntiqam ona dövlət tərəfindən verilmiş evi müxtəlif şəxslərə gündəlik 15-20 manata kirayəyə verib.

Polis əməkdaşları həmin evə gələrək orada cinsi əlaqədə olan şəxsləri müəyyən edib.

Biləsuvar Rayon Məhkəməsinin ötən həftə çıxardığı hökmü ilə İntiqam Məmmədov 3 il həbs cəzasına məhkum edilib və məhkəmə zalında həbs edilib. (Publika.az)