Malayziyanın baş naziri Ənvər İbrahim ABŞ-nin Rusiya ilə dostluq münasibətləri qurmamaq çağırışını rədd etdiyini bildirib.
NOCOMMENT.az bu barədə “TASS”a istinadən xəbər verir.
Onun sözlərinə görə, bu çağırış ABŞ-nin dövlət katibi Antoni Blinkenlə Laosda keçirilən 19-cu Şərqi Asiya Sammiti çərçivəsində keçirilən görüşdə edilib.
Sentyabrda Malayziyanın baş naziri Vladivostokda keçirilən Şərq İqtisadi Forumunun plenar sessiyası zamanı bildirmişdi ki, Asiya ölkəsinin hakimiyyət orqanları Rusiya Federasiyasını öz dostları hesab etdikləri üçün Rusiyaya xüsusi rejim təklif etməyə hazırdırlar. O qeyd edib ki, Moskva ilə Kuala-Lumpur arasında əməkdaşlıq potensialı çox böyükdür.