“Bu gün prokurorluq orqanlarına işə qəbul zamanı hüquq elmləri doktoru olan şəxslərin imtahan vermədən işə qəbul olunması nəzərdə tutulur. Bu isə gələcəkdə ciddi problemə yol açacaq. Belə ki, digər hüquq-mühafizə orqanları analoji qanunun qəbuluna çalışacaq”.
NOCOMMENT.az Ölkə.az-a istinadən xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentdə çıxışı zamanı deyib.
“Baxaq görək, bu gün bizim belə bir potensialımız var, ya yox. Ali attestasiya komissiyasının 2023-cü il hesabatına görə, ölkədə 7069 alimlik dərəcəsi olan şəxs var. Bunların yalnız 1343 nəfəri elmləri doktorudur. Ümumilikdə ölkədə elmi dərəcəsi olan şəxslərin 40 faizi filologiya sahəsi üzərdir. 2023-cü ildə cəmi 4 nəfər hüquq sahəsi üzrə doktorluq dərəcəsi alıb. Bu gün BDU-da cəmi 27 hüquq elmlər doktoru olan müəllim çalışır, 71 nəfəri isə fəlsəfə doktorudur”, – o qeyd edib.
Əlavə edib ki, digər tərəfdən, hüquq-mühafizə orqanlarına 30 yaşınadək olan şəxslər işə qəbul edilir. “Lakin bu gün Azərbaycanda cəmi 7 nəfər 50 yaşından aşağı olan elmlər doktoru var. Digərləri 50-90 yaş arasındadır. Bununla prokurorluq orqanını təkmilləşdirəcəyik”, – o bildirib.
O eyni zamanda deyib ki, təhsil sahəsi üzrə qanunlar “başıbəlalı” olub. “Biz 20 ilə “Təhsil haqqında” qanunu qəbul etdik, yəni 20 ilə də “Ali təhsil haqqında “qanunu qəbul edərik. Biz ümumiyyətlə həmin qanunda elmi dərəcə ilə bağlı məsələlərə yenidən baxmalıyıq. Çünki hətta postsovet məkanında elmlər doktoru yoxdur. Bu məsələ hansısa formada həllini tapmalıdır. Bu, məsələnin həlli yolu deyil”.