Bayden administrasiyası İsrailə mümkün hücumla bağlı İrana xəbərdarlıq edibbackend

Bayden administrasiyası İsrailə mümkün hücumla bağlı İrana xəbərdarlıq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Co Baydenin administrasiyası İrana xəbərdarlıq edib ki, yeni bir hücum olacağı təqdirdə İsrailin qarşısını ala bilməyəcək.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrinə istinadən məlumat yayıb.

“Biz İsrailin qarşısını ala bilməyəcəyik və İsrailin növbəti hücumunun əvvəlki qədər dəqiq alınacağına əmin ola bilməyəcəyik”, – portal amerikalı məmura istinadən qeyd edib.

Nəşrin yazdığına görə, mesaj Vaşinqtondan Tehrana İsveçrə vasitəsilə ötürülüb.

Bildirilib ki, zərbələr İraq ərazisindən endirilsə belə, İsrail cavab hücumu həyata keçirə bilər.