Mağaza müdiri həbs edildi – Paltardəyişmə otaqlarında gizli çəkiliş apardığı üçünbackend

Mağaza müdiri həbs edildi – Paltardəyişmə otaqlarında gizli çəkiliş apardığı üçün

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyada geyim mağazasının müdiri qadın müştəriləri paltardəyişmə otaqlarında gizli şəkildə lentə aldığı üçün həbs edilib.

NOCOMMENT.az 32gun.az-a istinadla xəbər verir ki, bu barədə Mothership” nəşri yazıb.

Mediada yayılan məlumatlara görə, 35 yaşlı Uniqlo mağaza müdiri Kohei Takahashi paltardəyişmə otaqlarında səkkiz müştərini gizli şəkildə lentə aldığı üçün polis tərəfindən həbs edilib. Tokio Metropoliten Polis Agentliyinin məlumatına görə, hadisələr iyulun 28-dən avqustun 13-dək baş verib. Zərərçəkənlər arasında azyaşlıların da olduğu bildirilir.

Çəkiliş üçün Takahaşi paltardəyişmə otaqlarında gizlətdiyi smartfonundan istifadə edib. Polis əməkdaşları onun telefonunda bu şəkildə çəkilmiş 44 video aşkar ediblər. Kişi özü də günahını etiraf edib və “özünə kömək edə bilməyib” deyərək əməlindən peşman olub.

Mağaza nümayəndələri müştərilərdən üzr istəyib və polislə əməkdaşlıq etdiklərini bildiriblər.