“Veysəloğlu-Yaycılı Qardaşlar” MMC-nin qanuni təmsilçisi Sərdarov Vüqar Ziyatxan oğlunun ölkədən çıxışına qadağa qoyulur.
NOCOMMENT.az-ın xəbərinə görə, V.Sərdarovla bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi edib.
Mahiyyəti xususi icraat – Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat olan iş hakim Kənan Hüseynovun icraatındadır.
Qeyd: “Veysəloğlu-Yaycılı Qardaşlar” MMC-nin 1 445 476 manat vergi borcu var. MMC Aydın Veysəl oğlu Talıbovun rəhbərlik etdiyi “Veysəloğlu Qrup”a daxildir.