Maşın vuran piyada xəstəxanada ÖLDÜbackend

Maşın vuran piyada xəstəxanada ÖLDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvan şəhərində avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

NOCOMMENT.az xəbər verir ki, hadisə ötən gecə şəhərin Babək məhəlləsində qeydə alınıb.

Məlumata görə, Əzimov Nurəddin Əli oğlunun idarə etdiyi 67-BB-955 dövlət nömrə nişanlı “Ford” markalı avtomobil yolu keçən 1955-ci il təvəllüdlü Həşimova Fatma Kazım qızını vurub.

Xəsarət alan F.Həşimova Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.