ABŞ Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın mümkün qələbəsi Avropanın Amerika hakimiyyətindən asılılığını azaldacaq.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasından Bundestaqın deputatı Şteffen Kotre bildirib.
Parlamentarinin sözlərinə görə, Tramp daha çox daxili siyasətə diqqət yetirir. Kotre xatırladıb ki, Ağ Evin keçmiş rəhbəri müharibələrə başlamayan azsaylı ABŞ prezidentlərindən biridir.
“Müşahidələrimə görə, o, digər dövlətlərlə qarşıdurmada o qədər də maraqlı deyil”, – deputat qeyd edib.
O, ümid etdiyini bildirib ki, Tramp Ukrayna və Rusiya arasında müharibəyə son qoyacaq, buna görə də Avropa və Almaniyanın işlərinə daha az qarışacaq. Bunun sayəsində Aİ öz gücünü artıra biləcək. Koteret qeyd edib ki, bu gün gündəmdə olan əsas məsələ ABŞ-dan azad olmaqdır.