Tramp ABŞ-ın milli borcundan xilas olmaq üçün yol tapdığını deyibbackend

Tramp ABŞ-ın milli borcundan xilas olmaq üçün yol tapdığını deyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp istehza ilə ABŞ-ın nəhəng dövlət borcundan xilas olmaq üçün yol tapdığını açıqlayıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, o, bu barədə tərəfdarları ilə təkbətək görüşdə danışıb.

“Bəlkə biz ABŞ-ın 35 trilyon dollar borcunu kriptovalyuta ilə ödəyəcəyik. Kiçik bir kağız parçasına yazacam: “35 trilyon dollar kriptovalyuta – borcumuz yoxdur”. Bu mənim xoşuma gəlir.”, – deyə Tramp bildirib.

Bundan əvvəl amerikalı sahibkar İlon Mask ABŞ-ın yüksək dövlət xərclərinə görə iflasla üzləşə biləcəyini bildirmişdi.

2023-cü ildə qlobal dövlət borcu 100 trilyon dolları ötüb. Bu borcun təxminən üçdə biri ABŞ-ın payına düşür.

Bu ilin iyul ayında ABŞ-ın borcu tarixdə ilk dəfə olaraq 35 trilyon dolları keçib. Analitiklərin fikrincə, yaxın onillikdə Amerikanın dövlət borcunun həcmi 54 trilyon dollara çata bilər.