BP Türkiyədəki fəaliyyətinə son qoyubbackend

BP Türkiyədəki fəaliyyətinə son qoyub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2023-cü ilin noyabrında imzalanan müqavilə ilə BP Türkiyə Şanlıurfadakı yanacaqdoldurma məntəqələri də daxil olmaqla ümumilikdə 770 məntəqəni “Petrol Ofisi” şirkətinə təhvil vermək qərarına gəlib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bununla da dünya şöhrətli neft nəhəngi olan BP-nin Türkiyədəki 112 illik fəaliyyəti sona çatıb.

“Petrol Ofisi” keçən il imzalanan müqavilədən sonra BP Türkiyənin yanacaqdoldurma məntəqələrinin təhvilini başa çatdırdığını açıqlayıb.

1912-ci ildən Türkiyədə xidmət göstərən İngiltərənin neft nəhəngi BP (British Petroleum) 112 ildən sonra Türkiyə bazarı ilə vidalaşıb.

BP Türkiyə kimi fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin qısa müddət ərzində lövhələrini dəyişdirəcəyi gözlənilir.