Yasamal rayonunda evlərin birindən oğurluq olub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən ev sahibi oradan 10700 manat dəyərində məişət avadanlıqlarının oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 40 yaşlı T.Əliyev müəyyən olunaraq saxlanılıb.\\Sfera.az-a