Türkiyə bu ölkənin 62 milyonluq borcunu sildibackend

Türkiyə bu ölkənin 62 milyonluq borcunu sildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Qırğızıstanın 62 milyon dollardan çox xarici borcunu silib.

NOCOMMENT.az xarici KİV-ə istinadən xəbər verir ki, Bişkekdə Ərdoğanla danışıqlardan sonra Japarov Qırğızıstan və Türkiyə arasında ticarət dövriyyəsini ildə 5 milyard dollara çatdırmaq planlarını da açıqlayıb. Bir il əvvəl iki ölkə arasında ixrac-idxal əməliyyatlarının həcmi 1,34 milyard dollar təşkil edib.

Ticarət qaydalarını sadələşdirməklə ticarət dövriyyəsini artırmaq mümkündür. Nümunə kimi Japarov Türkiyənin Qırğızıstandan gələn bir sıra mallara güzəştli gömrük tarifləri tətbiq etməsini göstərib.

Japarov Ərdoğandan Qırğızıstan ixracının əsasını təşkil edən malların kateqoriyaları üçün güzəştli gömrük tariflərinin tətbiqi imkanlarını nəzərdən keçirməyi xahiş edib.