Cənubi Koreya Şimali Koreya əsgərlərinin Ukraynadakı münaqişədə sonradan iştirak etmək üçün Rusiyaya göndərilməsi ehtimalı fonunda Ukraynaya silah tədarükünü istisna etmir.
NOCOMMENT.az xəbər verir ki, bunu respublika prezidenti Yun Seok Yeol deyib.
Onun sözlərinə görə, Şimali Koreya əsgərlərinin Ukraynadakı münaqişədə mümkün iştirakı Cənubi Koreya üçün təhlükə yaradır, çünki Şimali Koreya qüvvələri onlarda çatışmayan döyüş təcrübəsi qazanacaq. Bundan əlavə, Moskva “həssas texnologiyalar”ı Pxenyanla paylaşa bilər, Cənubi Koreya prezidenti qeyd edib.
Bunun fonunda Seul indi Ukraynanı silahla dəstəkləmək imkanını nəzərdən keçirir, Yun Seok Yeol vurğulayıb.