Avropa İttifaqı (Aİ) son vaxtlar daha az təhlükəsiz və rəqabətə davamlı olub.
NOCOMMENT.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.
Diplomatik idarənin rəhbəri Budapeştdə keçirilən Avropa Siyasi Birliyinin sammitinin başlamasını şərh edib. Tədbirdə 40-dan çox ölkənin liderləri – regional birliyin üzvləri və assosiasiyanın özünün rəhbərləri iştirak ediblər.
“Bu gün Avropa bir neçə il əvvəl olduğundan daha təhlükəli və daha az rəqabətli bir yerdir. Məsələ, biz yenidən təhlükəsiz və iqtisadi cəhətdən rəqabətədavamlı qitəyə necə çevrilə biləcəyimizdir”, – deyə Siyarto yazıb.
O, əmin olduğunu bildirib ki, vəziyyəti yalnız Aİ regionun digər dövlətləri ilə daha sıx əlaqə qurmağa başlayacağı təqdirdə düzəltmək olar.
Nazirin sözlərinə görə, sammit zamanı onun iştirakçıları Avropada təhlükəsizliyin qorunması ilə bağlı məsələləri müzakirə etməyi planlaşdırırlar. Həmçinin assosiasiyaya üzv ölkələrin nümayəndələri Gürcüstan, Ermənistan, Türkiyə və bir sıra digər ölkələrdən olan həmkarları ilə iqtisadi əməkdaşlıqla bağlı fikir mübadiləsi aparmalı olacaqlar.