Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
NOCOMMENT.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün günorta saatlarında qeydə alınıb.
Belə ki, Mərdəkan-Qala şossesində 6 avtomobilin iştirakı ilə zəncirvari qəza olub. Nəticədə 9 nəfər xəsarət alaraq, Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Həkimlərin verdiyi məlumata görə, yaralı şəxslərdən ikisinin – Fatimə Qasımova və Əlfəddin Əlhüseynovun vəziyyəti ağırdır.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.