Avstriya Səhiyyə Nazirliyi bütün ölkənin quş qripinin yoluxma riski yüksək olan bölgə elan edildiyini açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, nazirlik 200 min ev quşunda quş qripinin aşkar edildiyini, çöl quşlarında da xəstəliyin yayıldığını bildirib.
Ölkənin altı vilayətində 25 yaşayış məntəqəsi “quş qripi”nin yoluxma riski yüksək olan ərazilər kimi təsnif edilib.
Bundan əlavə, açıq yerlərdə heyvanların yemlənməsi qadağan edilib.