İspaniyada monastıra hücum zamanı bir rahib ölüb, üç nəfər yaralanıbbackend

İspaniyada monastıra hücum zamanı bir rahib ölüb, üç nəfər yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyanın Valensiya əyalətinin Gilete şəhərindəki monastıra naməlum şəxsin hücumu zamanı bir rahib ölüb, üç nəfər yaralanıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə El Periódico yazır.

Ağır kəllə-beyin travması alan 76 yaşlı kişi xəstəxanada dünyasını dəyişib. Digər qurbanların yaşı 57 ilə 95 arasında dəyişir.

Hücumun səhər saatlarında baş verdiyi qeyd edilir. Hücum edənin axtarışları davam edir.

El Mundo, öz növbəsində, bir ölüm və yeddi yaralanma olduğunu bildirir.