Türkiyənin İzmir şəhərinin Səlcuq rayonunda evdə baş verən yanğında 5 qardaş həyatını itirib.
NOCOMMENT.az qafqazinfo-ya istinadən xəbər verir ki, yanğının elektrik sobasının aşması səbəbindən baş verdiyi ehtimal edilir.
Yanğın zamanı uşaqların evdə tək olduğu bildirilir.
Məlumata görə, tüstüdən təsirlənən 5 qardaşdan 3-ü hadisə yerində dünyasını dəyişib. Digər iki qardaşın isə xəstəxanada edilən müdaxilələrə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.
Onlardan ən kiçiyinin bir, böyüyünün isə beş yaşı olub.