Peru mətbuatında yer alan xəbərə görə, ölkənin cənubundakı Cuyo bölgəsində Culiaka-Sandiya yolunda sərnişin mikroavtobusu idarəetməni itirərək 220 metrlik uçuruma düşüb.
NOCOMMENT.az xəbər verir ki, qəzada 10 nəfər hadisə yerində ölüb, 4 yaşlı uşaq isə ağır xəsarətlərlə mikroavtobusdan çıxarılıb.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və axtarış-xilasetmə qrupları cəlb olunub.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.