İsrail Hərbi Hava Qüvvələrinin Qəzza zolağının cənubundakı Xan Yunis şəhəri yaxınlığındakı Əl-Məvasi rayonuna endirdiyi hava zərbəsi nəticəsində azı 11 nəfər ölüb.
NOCOMMENT.az xəbər verir ki, İsrail döyüş təyyarələri fələstinli qaçqınların yerləşdiyi internet kafe və çadırlara zərbələr endirib.
Ötən il oktyabrın 7-də Fələstinin radikal HƏMAS hərəkatının yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə soxularaq sərhədyanı qəsəbələrin sakinlərini öldürməsindən və girov götürməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.