Azərbaycanlı hakim CEV Kubokuna təyinat alıbbackend

Azərbaycanlı hakim CEV Kubokuna təyinat alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın beynəlxalq dərəcəli hakimi Zaur Hacıyev CEV Kubokuna təyinat alıb.

Azərbaycan Voleybol Federasiyasından NOCOMMENT.az-a verilən məlumata görə, həmyerlimiz qadınlar arasında CEV kubokunun 1/16 final mərhələsində mübarizə aparan Türkiyənin “THY İstanbul” və Monteneqronun “OK Herceg Novi” komandaları arasında keçiriləcək oyunu idarə edəcək.

Qeyd edək ki, noyabrın 13-də Türkiyədə baş tutacaq matçın digər hakimi çexiyalı Roman Marsçnerdir.