Fransanın müstəmləkə ərazisi olan Yeni Kaledoniyanın nümayəndə heyəti dünyanın diqqətini həmin ölkənin problemlərinə cəlb etmək üçün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu Sessiyasının gündəliyinin (COP29) keçirildiyi məkanın qarşısında dinc aksiya təşkil edib.
NOCOMMENT.az xəbər verir ki, müxtəlif şüarlarla aksiyaya qatılan Kanak xalqının nümayəndələri bununla dünya ictimaiyyətindən həm müstəmləkəçiliyə, həm də Fransa tərəfindən ərazinin ekoloji fəlakətə məruz qalması probleminə həssas yanaşma tələb ediblər.
Qeyd edək ki, Bakının ev sahibliyi etdiyi tədbir noyabrın 22-nə qədər davam edəcək.