ADY Bakı Dəmiryol Vağzalından istifadə edən sərnişinlərə müraciət edibbackend

ADY Bakı Dəmiryol Vağzalından istifadə edən sərnişinlərə müraciət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bu günlərdə yollarda hərəkət intensivliyinin artması fonunda sərnişinlərə öz tövsiyələrini verib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, ADY ilk növbədə şəhərlərarası səyahətlər üçün Bakı Dəmiryol Vağzalına səfər saatından ən azı 2 saat öncə gəlməyə tövsiyə edib.

“Sərnişinləri yola salmaq və ya qarşılamaq məqsədilə vağzala maksimum dərəcədə az daxil olun. Mümkün olduqda gəlməməyə çalışın”, – ADY-nin məlumatında qeyd olunur.

Bildirilir ki, sərnişinlərə vağzal əməkdaşları tərəfindən hər cür dəstək göstəriləcək.

Əlavə məlumat üçün 1822 Əlaqə Mərkəzinə zəng edə bilərsiniz.