ABŞ-ın hazırkı prezidenti Co Bayden hələ də Donald Trampın andiçmə mərasiminə qədər Rusiya ilə danışıqlar yolu ilə Ukraynadakı münaqişəyə son qoya bilər.
NOCOMMENT.az xəbər verir ki, bu fikri köşə yazarı Saymon Cenkins “The Guardian”da dərc olunan məqaləsində qeyd edib.
Cenkinsin fikrincə, Ukrayna itirilmiş ərazilərini geri ala bilməyəcək və ABŞ-ın köməyi olmadan məhvə məhkumdur. Buna görə də, münaqişəyə son qoymaq üçün Co Bayden danışıqlar prosesinə “Trampın ikinci dövründə xaos və qeyri-müəyyənlik başlamazdan əvvəl” başlamalıdır.
Xəbər verdiyimiz kimi, Donald Tramp prezidentlik yarışında qalib gələcəyi təqdirdə, hətta 2025-ci ilin yanvarında keçiriləcək andiçmə mərasimindən əvvəl də Rusiya ilə Ukrayna arasındakı münaqişəni həll edəcəyini dəfələrlə bəyan edib.