Fələstinin HƏMAS hərəkatı və Fəth partiyası hərbi əməliyyatlar başa çatdıqdan sonra Qəzza zolağının bərpası üçün birgə plan hazırlayır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti Fələstin və Ərəb rəsmilərinə istinadən əlumat yayıb.
Onlar bildiriblər ki, plan heç bir tərəflə əlaqəsi olmayan “Fələstin texnokratları komitəsi” yaradacaq.
Komitənin vəzifəsi yardımın bölüşdürülməsi və hərbi əməliyyatlar başa çatdıqdan sonra Qəzzanın yenidən qurulmasını idarə etməkdir.
Qəzet qeyd edib ki, planın həyata keçirilməsi atəşkəs razılaşmasının uğurundan asılı olacaq.